ABŞ-ın Corctaun Universitetinin professoru BDU-da təlimlərə başlayıb

27/02/2019

ABŞ-ın Corctaun Universitetinin professoru, əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı üzrə dünya səviyyəli tanınmış məsləhətçi Tobi Lonqun Fullbright proqramı çərçivəsində Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində təlimlərinə start verilib.

Təlimlərdə  Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya, Sosial iş kafedralarının professor- müəllim heyəti üçün “İnkişaf geriliyinə  erkən müdaxilə” mövzusunda  mühazirələrin keçirilməsi, yeni tədris planının tərtib olunması  və beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulub.

Həmçinin erkən uşaqlıq dövründə müəyyən edilən ümumi inkişaf pozuntuları, əlil uşaqlara, onların ailələrinə xidmət göstərilməsinə dair ümumi baxış təqdim edilib, inklüziv, ailəyönümlü, cəmiyyətə əsaslanan xidmət və dəstəyin zəruriliyi vurğulanıb.

Professor Tobi Lonq səfər çərçivəsində ictimaiyyət üçün açıq mühazirələrin keçirilməsini planlaşdırıb.

Qeyd edək ki, Tobi Lonq Corctaun Universitetinin Pediatriya kafedrasının professoru, Uşaq və İnsan İnkişafı Mərkəzinin və adıçəkilən universitetin Erkən Müdaxilədə Məzun Sertifikat proqramının direktorudur.

 

Mətbuat və informasiya şöbəsi, 27 fevral 2019-cu il.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026