ABŞ-ın Lihay Universitetinin prezidenti BDU-da

12/03/2011

Prezident Barak Obamanın elm və təhsil sahələrində əlaqələrin gücləndirilməsi təşəbbüsü çərçivəsində Azərbaycana gələn ABŞ prezidentinin Elmi məsələləri üzrə elçisi, eyni zamanda, Lihay Universitetinin prezidenti, doktor Elis Qast bu gün Bakı Dövlət Universitetində olub.

Rektor, akademik Abel Məhərrəmovla keçirilən görüşdə universitetlərarası əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə ikitərəfli müqavilənin imzalanması barədə fikir mübadiləsi aparılıb.

Universitetlə tanış olan xanım Elis Qast, həmçinin kitabxanada ABŞ-ın  USAİD (United State Agency İnternational Development) və İREX təşkilatları tərəfindən maliyyələşdirilən pulsuz WI FI zonasının açılış mərasimində iştirak edib.

Görüş universitet tələbələri və müəllimlərinin iştirakı ilə davam edib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov xanım Qastın universitetə gəlişini yüksək qiymətləndirib və BDU haqqında qısa məlumat verib. Rektor əsasən qloballaşan cəmiyyətdə universitetlərarası əlaqələrdən danışıb.

Xanım Elis Qast informasiya məkanında irəliləyişlərdən, BDU ilə tanışlıqdan, Amerikanın dəstəyi ilə WI FI-ın açılışında iştirakdan, ikitərəfli əlaqələrin qurulması ilə bağlı aparılan fikir mübadiləsindən  məmnun olduğunu bildirib.

Görüş tələbələrin xanım Elis Qasta çoxsaylı sualları ilə yekunlaşıb.

Qeyd edək ki, kimya mühəndisliyi sahəsində doktor dərəcəsini alan, 2006-ci ildən Lihay Universitetinin rektoru olan xanım Qast Amerika Assosiasiyası Şurası, Amerika Kimya Cəmiyyəti, Kimya mühəndisləri Amerika İnstitutu və Amerika Fizika Cəmiyyətinin üzvüdür.

 

Mətbuat və İnformasiya şöbəsi, 11 mart 2011-ci il.





Xəbərlər

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib

BDU və “Zəfər bağları” MMC-nin əməkdaşları arasında görüş keçirilib
10/07/2025

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası

BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası
10/07/2025

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
09/07/2025