ABŞ-ın Prinston Universitetinin professoru BDU-da mühazirə oxuyacaq
01/11/2011
Noyabrın 2-də saat 12:00-da Amerika Birləşmiş Ştatlarının Prinston Universitetinin professoru Maykl Reynolds Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllim-tələbə heyəti üçün mühazirə oxuyacaq. Qeyd edək ki, tədqiqat sahəsi “Asiyada beynəlxalq və regional əlaqələr olan” professor, müəllimlər üçün “ABŞ universitetlərində tarixin tədrisi”, tələbələr üçün isə “Azərbaycan Xalq Cümhuriyyəti” mövzularında mühazirə deyəcək. Professor Maykl Reynoldsun həmçinin “Osmanlı imperiyası ilə Sovet Rusiyasının əlaqələri”, “Qafqazda gedən proseslər”, “Azərbaycan-erməni münasibətləri”, “Azərbaycan Xalq Cümhuriyyəti” adlı əsərləri də var.
Mətbuat və informasiya şöbəsi, 01 noyabr 2011-ci il.
Xəbərlər
BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
