ABŞ-nin Şimali Dakota Dövlət Universitetinin professoru BDU-da mühazirələrə başlayıb

16/10/2025

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Dakota Dövlət Universitetinin Riyaziyyat departamentinin professoru Azər Əhmədov Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat və Fizika fakültələrinin tələbələri üçün “Üçölçülü həndəsə və topologiya” kursu üzrə mühazirələrə başlayıb.

Professor Azər Əhmədovun mühazirələri bir ay müddətində, həftədə üç dəfə olmaqla keçiriləcək. Kursun məqsədi müasir həndəsə və topologiyanın fundamental anlayışlarını, çoxölçülü fəzaların quruluşu və simmetriyalarını tələbələrə sistemli şəkildə öyrətməkdir.

Professor Azər Əhmədov 1996-cı ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini bitirib. O, dünya şöhrətli riyaziyyatçı, Filds və Abel mükafatları laureatı Qriqoriy Aleksandroviç Marqulisin yetirməsidir.

İlk mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb və geniş elmi müzakirələrə səbəb olub. Professor Azər Əhmədov tələbələrin çoxsaylı suallarını cavablandıraraq, müasir riyaziyyatın aktual istiqamətləri barədə elmi mülahizələrini bölüşüb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026