ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

07/08/2014

BAKI  DÖVLƏT  UNİVERSİTETİNƏ

2014/2015-ci TƏDRİS İLİNDƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏRİ   TƏQDİM ETMƏLİDİRLƏR:

1. Abituriyentin Bakı Dövlət Universitetinə qəbul haqqında TQDK-nın müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (TQDK-nın saytından çap edin).

2. Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi sənədin əsli

3. Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan abituriyentlə müqavilə (2 nüsxədə)

4. Şəxsiyyət vəsiqəsinin əsli və surəti

5. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün)

6. Tibbi arayış (Forma 086)

7. Fotoşəkil (Rəngli, 3x4 ölçüdə, 6 ədəd)

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun Yeni korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılacaqdır).

Sənədlərin qəbulu avqust ayının 8-dən 18-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900 -1700–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcəkdir.

BDU-nun sənəd qəbulu komissiyası

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026