ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

09/08/2019

ABİTURİYENTLƏRİN  NƏZƏRİNƏ!

BAKI  DÖVLƏT  UNİVERSİTETİNƏ

2019/2020-ci TƏDRİS İLİNDƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI  SƏNƏDLƏRİ  TƏQDİM ETMƏLİDİRLƏR:

1. Abituriyentin Bakı Dövlət Universitetinə qəbul olunması haqqında DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir).

2. Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli.

3. Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan abituriyentlə bağlanılan müqavilə (2 nüsxədə).

4. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 nüsxədə).

5. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün).

6. Tibbi arayış (Forma 086).

7. Fotoşəkil (rəngli, 3x4 ölçüdə, 6 ədəd).

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün İş nömrəsini və Şəxsi kabinetinin istifadəçi adını (FİN) təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun Yeni korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılır).

Sənədlərin qəbulu avqust ayının 15-dən 27-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900-1700–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçirilir.

*Qeyd:

Ödənişli əsaslarla BDU-ya qəbul olunmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqının ödənilməsindən (müvafiq sənədlər təqdim etməklə) azad olunurlar:

* Məcburi köçkün statusu olan şəxslər;

* Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər;

* I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 ya­şı­na­dək uşaqlar;

* Şəhid ailələri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitu­siya quruluşunun müdafiəsi zamanı əlil olmuş və “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliy­yatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları”.

BDU-nun sənəd qəbulu komissiyası

Əlaqə: +(99412) 539-06-86

Xəbərlər

BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək  
21/08/2019

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20/08/2019

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir
19/08/2019