ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
BAKI DÖVLƏT UNİVERSİTETİNƏ 2015/2016-cı TƏDRİS İLİNDƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR:
1. Abituriyentin Bakı Dövlət Universitetinə qəbul olunması haqqında TQDK-nın müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (TQDK-nın saytından çap edilir);
2. Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli;
3. Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan abituriyentlə bağlanılan müqavilə (2 nüsxədə);
4. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2-ədəd);
5. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün);
6. Tibbi arayış (Forma 086);
7. Fotoşəkil (Rəngli, 3x4 ölçüdə, 6 ədəd).
Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun Yeni korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılacaqdır).
Sənədlərin qəbulu avqust ayının 14-dən 24-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900-1700–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcəkdir.
*Qeyd: Ödənişli əsaslarla BDU-ya qəbul olunmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqının ödənilməsindən (müvafiq sənədlər təqdim etməklə) azad olunurlar:
- Məcburi köçkün statusu olanlar;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və “AR azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları”.
BDU-nun sənəd qəbulu komissiyası