Abituriyentlərin nəzərinə!

07/08/2010

Abituriyentlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Təhsil haqqında sənədin (attestat, diplom) əslini ;

2. Şəxsiyyətini təsdiq edən sənədin əslini və surətini;

3. Sağlamlıq haqqında tibbi arayış (forma 086);

4. 6 ədəd 3x4 ölçüdə fotoşəkil;

5. Çağırış məntəqəsinə təhkim olunma haqqında şəhadətnamənin surəti (oğlanlar üçün).

 

BDU-ya daxil olmuş abituriyentlər aşağıda göstərilən ardıcıllıqla sənədlərini təqdim etməlidirlər:

1. Dövlət hesabına təhsil alan abituriyentlər foyedə qəbul olduğu fakültənin adı göstərilən ma­saya yanaşmalı, müqavilə blankını (2 nüsxədən ibarət) götürməli və  fakultələr üzrə müəyyənləşdirilmiş elektron qeydiyyat otağında qeydiyyatdan keçməlidirlər və qeydiyyat kağızını almalıdırlar.

2. Ödənişli əsaslarla qəbul olunan abituriyentlər mühasibatlıqdan (əsas bina, 1-ci mərtəbə, otaq  141) ödəniş qəbzini almalı və həmən gün Azərbaycan Beynəl­xalq Bankının Yasamal rayon filialında (inşaatçılar prospekti, Dövlət Gömrük Komi­təsinin yanında) təhsil haqqını ödəməlidirlər. Abituriyentlər ödəniş qəbzinin əslini təqdim etməklə elektron qeydiyyatı otağında qeydiyyatından keçməlidirlər və qeydiy­yat kağızı  almalıdırlar.

3. BDU-ya qəbul elektron qeydiyyat otağında təsdiqləndikdən sonra abi­turi­yent göstərilən sənədləri foyedə müvafiq fakultənin sənəd qəbulu üzrə məsul şəxsinə təqdim etməlidir.

4. Tələbə bileti almaq üçün  1-ci  tədris korpusunda 2-ci mərtəbədə  şəkil çəkdir­məlidir

 

Sənəd qəbulu :

9-18 avqust 2010-cu il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) aparılır.

İş saatı:   900 - 1700

Fasilə:     1300 -1400

 

SƏNƏD QƏBULU KOMİSSİYASI

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024