ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

20/08/2013

BAKI  DÖVLƏT  UNİVERSİTETİNƏ

2013-2014-cü TƏDRİS İLİNDƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏRİ   TƏQDİM ETMƏLİDİRLƏR:

1. Abituriyentin Bakı Dövlət Universitetinə qəbul haqqında TQDK-nın müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (TQDK-nın saytından çap edin).

2. Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi sənədin əsli

3. Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan abituriyentlə müqavilə (2 nüsxədə)

4. Şəxsiyyət vəsiqəsinin əsli və surəti

5. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün)

6. Tibbi arayış (Forma 086)

7. Fotoşəkil (Rəngli, 3x4 ölçüdə, 6 ədəd)

8. Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun Yeni korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılacaqdır).

Sənədlərin qəbulu avqust ayının 20-dan 29-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900 -1700–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcəkdir.

BDU-nun sənəd qəbulu komissiyası

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026