ADA Universiteti yeni təhsil proqramına başlayıb

02/10/2021

ADA Universiteti “Bir müəllimin manifesti” ixtisasartırma proqramına başlayıb.

Oktyabrın 1-də ADA Universiteti milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirib.

Tədbirdə Universitet “Bir müəllimin manifesti” ixtisasartırma proqramına hazırlıqların tamamlandığını və bu gündən etibarən Proqramın öz fəaliyyətinə başladığını elan edib.

Rektorların, Proqrama seçilən və regionlarımızı təmsil edən 40 iştirakçının, bölgələrimizdəki orta məktəb müəllimləri və direktorlarının iştirakı ilə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd çıxış ediblər.

Mərasim çərçivəsində ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi imzalanıb.

Sənədi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar.

Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər.

Sonra “ADA Məclisi Qazaxda” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Milli Məclisin deputatı Nizami Cəfərov çıxış ediblər.

Rektor Hafiz Paşayev növbəti ilin sentyabr ayından etibarən Qazax Müəllimlər Seminariyasında dərslərin başlayacağını bildirib.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdalın moderatorluğu ilə keçirilən panel müzakirə sual-cavab sessiyası ilə başa çatıb.

Seminariya binasının önündə başlayan tədbir Bakı Dövlət Universitetinin Qazax filialında yekunlaşıb.

Burada “Bir müəllimin manifesti” proqramının iştirakçılarının təlim keçməsi üçün nəzərdə tutulan və yeni təmir edilmiş sinif otaqları ilə tanışlıq olub.

Sözügedən birillik təhsil Proqramının əyani formatı Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq.

ADA Universiteti bu il “Bir müəllimin manifesti” təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təhsil missiyasını davam etdirəcəyini elan edib. Artıq memarlıq-tikinti işlərinə başlanılıb.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026