ADA Universitetinin tələbələri BDU-da

22/11/2018

Bakı Dövlət Universitetinin Kiçik Akt zalında ADA Universitetinin tələbələrinin təşkilatçılığı ilə “Karyeraya hazırlıq” layihəsi təqdim edilib.

Əvvəlcə Karyera, Praktika və Məzunlarla Əlaqə Mərkəzinin müdiri, dosent Adil Xasayev tədbirin əhəmiyyətindən danışıb.

ADU-nun tələbələri - ADA-nın tələbələri - Leyla Hacıbəyli, Narmin Fərzəliyeva, Bəhman Dünyamalı, Əliağa Rəhimov və Mahmud Əhmədov karyera planlaması, CV-nin düzgün hazırlanması, iş müsahibəsinə hazırlıq kimi mövzular ətrafında çıxış ediblər.

Sonda tələbələrin mövzular ətrafında sualları cavablandırılıb.

Görüşdə Bakı Dövlət Universitetinin Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Biologiya, Coğrafiya və Ekologiya fakültələrinin III kurs tələbələri iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2018-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026