ADPU tələbələri BDU-nun Fizika fakültəsi ilə tanış olublar

02/03/2026

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistratura təhsilini Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində davam etdirməyi planlaşdıran tələbələrinin fakültə ilə tanışlığı təşkil olunub.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev ADPU tələbələrinə fakültənin tarixi, tədrisin və elmi fəaliyyətin təşkili, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

Tələbələr fakültənin tədris laboratoriyalarında olub, bakalavriat səviyyəsində icra olunan laboratoriya işləri və magistratura səviyyəsində dissertasiya mövzuları üzrə aparılan tədqiqatlarla tanış olublar. Professorlar Vaqif Salmanov, Rəna Qasımova, Sacidə Əbdülvahabova, dosentlər Rəhim Rəhimov və Xıdır Mikayılov fakültədə aparılan elmi-tədqiqat istiqamətləri, magistratura səviyyəsində müxtəlif ixtisaslaşmalar üzrə tədrisin xüsusiyyətləri barədə məlumat veriblər. Qonaqlar Fizika fakültəsində “Elm günü”nə həsr olunmuş seminarda iştirak ediblər.

Görüş çərçivəsində tələbələr BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, Faydalı qazıntılar muzeyi, “Eko Məkan”la da tanış olublar.

 

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026