AGMA BDU-nun müəllimlik ixtisaslarında təhsil alan tələbələri üçün seminar keçirib

18/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə BDU-nun Filologiya, Tarix və Coğrafiya fakültələrinin müəllimlik ixtisaslarında təhsil alan tələbələri üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İbtidai sinif müəllimləri birliyinin sədri Ülviyyə Ələkbərova tərəfindən “Müəllimlərin şəxsi inkişafı” mövzusunda seminar keçirilib.

Seminarda tələbələrə müəllimin şəxsi inkişafının mahiyyəti, effektiv inkişaf strategiyaları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, peşə səriştəliliyi pedaqoji fəaliyyətini yerinə yetirmək üçün müəllimin nəzəri və praktiki hazırlığını, pedaqoji ustalığını müəyyən edir. Müəllimin peşə səriştəliliyinin inkişaf etdirilməsi onun pedaqoji innovasiyaları qəbul edə, dəyişən pedaqoji mühitə uyğunlaşa bilməsi qabiliyyətlərinin formalaşdırılmasıdır.

Tədbir zamanı özünüdərk və özünüqəbuletmə, emosional zəkaya sahibolma, ünsiyyət bacarıqları, həyat bacarıqları, şəxsi hədəflər kimi məsələlərə aydınlıq gətirilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026