Şahmat yarışının qaliblərinə mükafat verilib

07/07/2014

Bakı Dövlət Universitetinin Qubanın II Nügədi kəndindəki Tədris-təcrübə və istirahət mərkəzində keçirilən genişləndirilmiş Elmi Şurada ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş BDU əməkdaşları arasında keçirilən şahmat çempionatı qaliblərə mükafatlandırılıb. 1-ci yerin qalibi Filologiya fakültəsinin rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev olub. 2-ci yeri Tətbiqi riyaziyyat və kibernetika fakültəsi İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Fuad Qurbanov, 3-ci yeri isə Biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kafedrasının kabinet müdiri Yusif Firidunbəyov tutub.

Mətbuat və İnformasiya şöbəsi, 07 iyul 2014-cu il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026