Akademik Abel Məhərrəmov BDU-nun Qazax filialında olub

05/12/2017

Rektor, akademik Abel Məhərrəmov BDU-nun Qazax filialında olub. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və filialın direktoru, professor Vüsət Əfəndiyevlə birlikdə filial üçün yeni salınacaq şəhərcik üçün ayrılmış torpaq sahəsinə baxıb. Məlumat verilib ki, filial üçün həmin ərazidə tədris korpusları, tələbə yataqxanaları inşa ediləcək. Rektor ayrılmış sahədə korpusların, yataqxanaların, idman meydançasının və əlavə tikililərin necə yerləşdirilməsi ilə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib, sonra Qazax filialına gələrək burada yaradılmış tədris şəraiti ilə, yeni laboratoriyalarla yaxından tanış olub. Qeyd edilib ki, ötən  müddət ərzində filialda böyük işlər görülüb, maddi-texniki bazası möhkəmləndirilib. Ali təhsil ocağının elmi potensialı zənginləşdirilib, qəbul olunanların sayı əhəmiyyətli dərəcədə artıb.

Sonda rektor filialdakı maddi-texniki bazadan razı qaldığını bildirib.

Mətbuat və informasiya şöbəsi, 05 dekabr 2017-ci il.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026