Akademik Abel Məhərrəmov nüfuzlu beynəlxalq konfransın elm komitəsinin üzvü seçilib

14/09/2018

16-20 iyun 2019-cu il tarixlərində Yunanıstanın Saloniki şəhərində 17-ci Beynəlxalq Kimya və Ətraf Mühit konfransı keçiriləcək. Konfrans Avropa Kimya Elmləri Cəmiyyətinin Kimya və ətraf mühit bölməsi ilə Yunanıstan Kimyaçılar Assosiasiyasının təşkilatçılığıyla baş tutacaq. Bu nüfuzlu konfransın Elm Komitəsində dünyanın müxtəlif ölkələrindən ən tanınmış alimlər təmsil olunurlar. Sevindirici haldır ki, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da bu komitəyə daxil edilib.

Bundan başqa BDU-nun bir neçə əməkdaşı da Avropa Kimya Elmləri Cəmiyyətinin xüsusi qrant layihəsi çərçivəsində bu konfransda iştirak etmək üçün dəvət olunublar.

Konfransın işində iştirak etmək  istəyən uyğun mütəxəssislər xülasələri 15 yanvar 2019-cu il tarixinədək təqdim etməlidirlər. Konfrans barədə http://icce2019.org/ saytı  vasitəsilə ətraflı məlumat əldə etmək olar.

Mətbuat və informasiya şöbəsi, 14 sentyabr 2018-ci il.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026