Akademik Abel Məhərrəmov Türkmənistanın ölkəmizdəki səfirini qəbul edib

06/05/2010

Rektor, akademik Abel Məhərrəmov mayın 6-da Türkmənistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Annamamed Mamedovu qəbul edib. Azərbaycanın ilk ali təhsil ocağı olan BDU haqqında təəssüratlarının yüksək olduğunu bildirən səfir, Türkmənistan prezidenti Qurbanqulu Berdimuxəmmədovun bu ali təhsil ocağının fəxri doktoru olduğunu xüsusi vurğulayıb. Görüşdə Azərbaycan-Türkmənistan münasibətləri, o cümlədən universitetlərarası əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir eyni zamanda böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Molla Nəfəsin seçilmiş əsərlərini və «Bu məkana gəlmişəm» nümunələr toplusunu rektora təqdim edib. Həmin əsərləri türkməncədən uyğunlaşdıran filologiya fakültəsinin Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə laboratoriyasının müdiri, filologiya elmləri doktoru Ramiz Əsgərin əməyini də xüsusi qeyd edib.

Görüşdə dahi türkmən şairi Maxtumkulunun şeirləri əsasında filoloq və türkoloqların iştirakı ilə poeziya dərsinin keçirilməsi barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Elxan Hüseynov, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova da iştirak edib.

 

Mətbuat xidməti


Xəbərlər

BDU-da süni intellektin həyat elmlərində tətbiqinə dair elmi seminar

BDU-da süni intellektin həyat elmlərində tətbiqinə dair elmi seminar
04/03/2026

“100 illik qurultayın işığında türkologiyanın inkişaf yolu” – BDU-da ustad dərsi

“100 illik qurultayın işığında türkologiyanın inkişaf yolu” – BDU-da ustad dərsi
04/03/2026

AMEA-nın muxbir üzvü Ramiz Alıquliyev BDU-da ustad dərsi keçib

AMEA-nın muxbir üzvü Ramiz Alıquliyev BDU-da ustad dərsi keçib
04/03/2026