Akademik Fikrət Əliyev “Nonlinear Oscillations” beynəlxalq riyaziyyat jurnalının redaksiya heyətinin üzvü seçilib
22/10/2013
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitunun direktoru, akademik Fikrət Əliyev "Nonlinear Oscillations" ("Nonlinear Oscillations") beynəlxalq riyaziyyat jurnalının redaksiya heyətinin üzvü seçilib.
1998-ci ildən təsis olunan jurnal Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda nəşr edilir, ingilis versiyası Springer Verlag nəşriyyatında buraxılır.
Jurnalın impakt-faktoru 0.158-ə bərabərdir.
“Nonlinear Oscillations-un” beynəlxalq jurnalı həllərin rəqsi davranışına xüsusi diqqət verilən differensial və funksional-differensial tənliklərin keyfiyyət nəzəriyyəsi sahəsində elmi araşdırmaları əhatə edir.
Mətbuat və İnformasiya şöbəsi, 22 oktyabr 2013-cü il.

Xəbərlər
BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü
“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü
