Akademik Muxtar İmanov BDU-da “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub

27/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə mühazirə və elmi seminarlar çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub.

Fakültə dekanı, dosent Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlar, banisi olduğu azərbaycançılıq ideologiyası, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələr barədə danışıb, təşkil olunan mühazirənin mövzusunun əhəmiyyətini diqqətə çatdırıb.

Akademik Muxtar İmanov mühazirədə xalqımızın tarixinə böyük xilaskar kimi həkk olmuş dahi şəxsiyyətin - Heydər Əliyevin ölkəmizin və xalqımızın gələcəyi naminə uzaqgörənliklə atdığı müdrik addımlardan, xalqımızın milli-mənəvi dəyərləri və ədəbi-bədii nümunələrinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin cəmiyyətdəki nüfuzunun artırılması yönündə apardığı məqsədyönlü siyasətdən bəhs edib. Bildirib ki, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, mötəbər məclislərin kürsülərindən eşidilməsi Ulu Öndərin ana dilinin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün olub. Heydər Əliyevin görkəmli ədəbiyyat və elm xadimləri ilə görüşlərinə toxunan məruzəçi həmin tədbirlər zamanı dahi siyasətçinin Azərbaycan ziyalılarına müraciətlərində ana dilimizin, ədəbi irsimizin, mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və təbliği ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin dövlətçiliyimizin və ideoloji düşüncənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çıxışda həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin qarantı, bütün varlığı ilə Vətənə bağlı olan böyük dövlət xadimi Heydər Əliyevin mədəniyyətimiz, elmimiz və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyi qeyd olunub.

Sonra akademik Muxtar İmanov iştirakçıların suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024