Akademik Qərib Məmmədov məruzə edib

12/11/2018

AMEA-nın aqrar məsələlər üzrə müşaviri, Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədov “Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibi” mövzusunda məruzə edib. BDU-nun Ekologiya  və torpaqşünaslıq fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə akademik coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, Aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsinin tərtibinin əsas xüsusiyyətləri, tərtibi prinsipləri barədə ətraflı danışıb. O, həmçinin interaktiv torpaq xəritələrinin, CİS əsasında torpaq və ekoloji qiymətləndirmə xəritəsinin  və qeyd olunan mövzu ilə əlaqədar metodik göstərişin hazırlanması haqqında məlumat verib. Məruzəçi ilk dəfə olaraq hazırlanmış 1:600 000 miqyasında interaktiv elektron torpaq və ekoloji qiymətləndirmə  xəritələrini illüstrativ material kimi nümayiş etdirib.

Dekan, professor Nazim Şəmilov və Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı məruzə ətrafında çıxış edib, akademik Qərib Məmmədov və digər əməkdaşların bu istiqamətdə həyata keçirdikləri layihələri yüksək dəyərləndiriblər.

 

Mətbuat və informasiya şöbəsi, 12 noyabr 2018-ci il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026