Akademik Rafael Hüseynov BDU-da ustad dərsi keçib

29/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakultəsində akademik Rafael Hüseynovun “Azərbaycanda şərqşünaslıq elmi, şərqşünaslıq təhsilinin inkişaf mərhələləri və perspektivləri” mövzusunda ustad dərsi keçirilib.

Rafael Hüseynov BDU-nun Şərqşünaslıq fakültəsinin tarixi, 1923-cü ildə yaradılan Azərbaycanı Tədqiq və Təttəbbö Cəmiyyətinin şərqşünaslıq elminin və təhsilinin inkişafında rolu barədə məlumat verib. Şərqşünaslıq fakultəsinin ilk məzunlarının 1930-1940-cı illərdə Azərbaycan elmi və mədəniyyətinə verdiyi töhfələrdən danışıb.

O qeyd edib ki, 1940-cı illərin ikinci yarısından etibarən Şərqşünaslıq fakultəsinin inkişafında yeni mərhələ başlayıb. O, fakültənin tarixində silinməz izlər qoymuş görkəmli pedaqoq və alimlər - Rəhim Sultanov, Ələsgər Məmmədov, Mübariz Əlizadə, Aida İmanquliyeva, Əhməd Şəfai və digərlərinin elm və təhsil həyatımızdakı xidmətlərindən danışıb. Şərəfli ənənələri olan Azərbaycan şərqşünaslıq elmi və təhsilini günün tələblərinə uyğun olaraq yeni səviyyəyə yüksəltmək barədə fikirlərini bildirib.

Sonda akademik Rafael Hüseynov tələbələrin suallarını cavablandırıb.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026