Akademik Vaqif Fərzəliyev BDU-da ustad dərsi deyib

05/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində Kimya fakültəsində akademik Vaqif Fərzəliyevin “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması” mövzusunda ustad dərsi keçirilib.

Fakültə dekanı Fuad Kərimli ölkəmizdə “Elm günü”nün əhəmiyyəti, eləcə də tanınmış alimlərin gənc nəslin formalaşmasında və elmi potensialın inkişafında oynadığı mühüm rol barədə ətraflı məlumat verib.

Akademik Vaqif Fərzəliyev məruzəsində neft yağları və onlara artan tələbatdan söz açıb, tədbir iştirakçılarını ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində istifadə olunan T-55, T-72 və T-90 tankları üçün xüsusi təyinatlı sürtkü yağlarının yaradılması istiqamətində rəhbərlik etdiyi Aşqarlar Kimyası İnstitutunda aparılan elmi-tədqiqat işləri haqqında məlumatlandırıb. O, institutun fəaliyyəti dövründə əldə etdiyi elmi nailiyyətlər və layiq görüldüyü mükafatlar haqqında da danışıb.

Məruzədə xüsusi təyinatlı yağların əsas komponentləri, onların tətbiqi zamanı qarşıya çıxan problemlər, tullantısız texnologiyaların qurulması məsələləri geniş təqdim olunub. Akademik M-16İXP-3 və M-16İXP-U markalı xüsusi təyinatlı yağların ölkəmizin müdafiə sənayesindəki əhəmiyyətinə xüsusi diqqət yetirib. Çıxış zamanı bu sahədə əldə etdiyi uğurlar və həmin tədqiqatlara görə layiq görüldüyü Dövlət mükafatı da iştirakçıların diqqətinə çatdırıb.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar
07/05/2026