Albaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia BDU-da olub

29/04/2026

Bakı Dövlət Universiteti (BDU) ilə Albaniyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm görüş keçirilib. Albaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia BDU-da rəsmi səfərdə olub. Səfər çərçivəsində qonaq BDU-nun rəhbərliyi ilə görüşüb, universitetin tədris və elmi-tədqiqat fəaliyyəti, beynəlxalq reytinqlərdə mövqeyi, eləcə də son illərdə həyata keçirilən beynəlmiləlləşmə strategiyası barədə məlumatlandırılıb.

BDU-nun rektoru Elçin Babayev Albaniya universitetləri ilə əməkdaşlığın qurulmasının universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi və elmi potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Həmçinin humanitar, sosial və təbiət elmləri, eləcə də mühəndislik sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş perspektivlərin olduğu vurğulanıb.

Səfir Besart Kadia Albaniyanın Azərbaycanla elm və təhsil sahəsində əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. O, BDU ilə Albaniya universitetləri arasında birbaşa əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının hər iki ölkənin akademik icması və gəncləri üçün yeni imkanlar yaradacağını qeyd edib.

Görüş zamanı tərəflər Azərbaycan və Albaniya ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusilə tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının yaradılması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq akademik tədbirlərdə birgə iştirak imkanları diqqət mərkəzində olub. Tərəflər yaxın gələcəkdə konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və akademik proqramların hazırlanması məqsədilə işçi əlaqələrinin qurulması barədə razılığa gəliblər.

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026