Ali Attestasiya Komissiyasının sədri BDU-da görüş keçirib

12/02/2020

Bu gün Bakı Dövlət Universitetində (BDU)  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev elm və təhsilin vəhdətini özündə birləşdirən, elmin inkişafını təmin edən Ali Attestasiya  Komissiyasının yeni rəhbərliyinin bu sistemin təkmilləşməsi, onun dünya standartlarına uyğunlaşdırılması, nüfuzunun bərpa olunması, daha da möhkəmləndirilməsi, elmi adların, elmi dərəcələrin verilməsi üzrə prosesin şəffaflaşdırılmasında,  başlatdığı işdən bəhs edib. Ölkədə elmi inkişafın bilavasitə təhsilin inkişafı ilə bağlı olduğunu diqqətə çatdıran rektor, Bakı Dövlət Universitetinin tədqiqat universiteti statusu alması üçün kifayət qədər potensialının olduğunu vurğulayıb.

Rektor Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin  elm və təhsil müəssisələrində görüşlərə məhz Ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetindən başlamasının rəmzi mənası olduğunu deyib. O, həmçinin bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb, onun universitetə, elmə verəcəyi töhfədən bəhs edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev Universitet kollektivini 100 illik yubiley münasibətilə təbrik edib. O, təmsil etdiyi qurumla Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığın alimlərin elmi tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə inandığını dilə gətirib. Ali Attestasiya Komissiyasına verilmiş əlavə səlahiyyətlərdən bəhs edən Famil Mustafayev, bundan sonra komissiyanın  elmi adların verilməsi ilə yanaşı, elmi müəssisələrin akkreditasiyasını da həyata keçirəcəyini diqqətə çatdırıb.

Sədr AAK-dakı islahatlar, elmi dərəcə və elmi adların verilməsi qaydalarındakı yeniliklər haqqında geniş məlumat verib. Sonra iştirakçıların sualları cavablandırılıb.

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024