Ali Baş Komandanımıza və ordumuza güvənirik!

16/10/2020

Bir Füzuli sakini olaraq son günlərdə gedən Qarabağ müharibəsində əldə edilən uğurlara biganə qala bilmədim. Əldə etdiyimiz uğurlara görə sevincimin həddi-hüdudu yoxdur. Ata-babalarımızdan eşidib təəssüf ki, görmədiyimiz o doğma yurdumuzun xəyalı ilə keçirdiyimiz günlər Ali Baş Komandanımız və ordumuzun sayəsində artıq geridə qalır. Cəbhədən gələn ard-arda sevincli xəbərlərin davamında öz yurdum Füzulinin, ardınca isə bütün Qarabağın işğaldan azad olunması xəbərini Prezidentimizdən duymağı səbirsizliklə gözləyirəm. Füzuli rayonunda ön cəbhədə necə həvəslə və qürurla döyüşən əsgərlərimizi, arxa cəbhədə isə hər an təhlükə ilə üzbəüz qalmalarına baxmayaraq yerli əhalinin ordumuza verdiyi dəstəyi gördükdə qürurlanmamaq mümkün deyil.

Bütün Qarabağlılar öz torpaqlarının düşmən tapdağından azad ediləcəyi anı səbirsizliklə gözləyir və bu anın çox da uzaqda olmadığına inanırlar. Ali Baş Komandanımıza və ordumuza bütün qəlbimizlə güvənir, 30 ildir həsrətində olduğumuz torpaqlarımıza qısa zamanda qovuşacağımıza inanırıq.

Biz Azərbaycan gəncləri əminik ki, Ali Baş Komandanımızın və rəşadətli ordumuzun sayəsində şəhidlərimizin qanının bir damlası belə yerdə qalmayacaq.

Qarabağ Azərbaycandır!

 

Mədinə Quluzadə,

BDU-nun Coğrafiya fakültəsinin tələbəsi

 

Xəbərlər

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026