BDU ilə Ali Məhkəmə arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

22/02/2023

Bakı Dövlət Universiteti (BDU) ilə Ali Məhkəmə arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Anlaşma memorandumunu BDU-nun rektoru Elçin Babayev və Ali Məhkəmənin sədri Ramiz Rzayev imzalayıblar.  
İmzalanma mərasimində çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, memorandum hər iki qurum üçün faydalı olacaq: “BDU Azərbaycanın ən qocaman universitetidir. Universitetin məzunları sırasında Ulu öndər Heydər Əliyev də daxil olmaqla, ölkəmizin görkəmli alim və dövlət xadimləri, məşhur hüquqşünasları olub. Əvvəllər olduğu kimi, bu gün də BDU-nun məzunları dövlət orqanlarında və özəl sahələrdə aparıcı vəzifələrdə çalışırlar. Ali Məhkəmənin hakim və əməkdaşlarının əksəriyyəti BDU-nun məzunlarıdır. BDU ilə Ali Məhkəmə arasında uzun illərdir əməkdaşlıq əlaqələri mövcuddur. Hər il BDU-da Hüquqşünaslıq ixtisası üzrə təhsil alan xeyli sayda tələbə Ali Məhkəmədə və digər məhkəmələrdə təcrübə proqramlarında iştirak edir. Bu sənədi imzalamaqda məqsədimiz mövcud əməkdaşlıq münasibətlərini daha da genişləndirmək və inkişaf etdirməkdir”.  
BDU-nun rektoru Elçin Babayev isə son illər məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi dəyişiklikləri, bu sistemin formalaşmasında Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətlərini diqqətə çatdırıb. Rektor Ali Məhkəmənin hakimləri və əməkdaşlarını 100 illik yubiley münasibətilə təbrik edib və onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Rektor anlaşma memorandumunun BDU tələbələrinin bilik və təcrübələrinin artırılmasına böyük töhfə verəcəyini vurğulayıb. Memoranduma əsasən, BDU-da Hüquqşünaslıq ixtisası üzrə təhsilalanların Ali Məhkəmə Aparatının struktur bölmələrində təcrübə keçməsi, birgə respublika əhəmiyyətli və beynəlxalq elmi konfrans, dəyirmi masa, seminar, təlim kursları, görüş və simulyasiyaların (müsabiqələrin) keçirilməsi, ortaq dərs vəsaitləri, elmi məqalələr, tədris-metodiki vəsait və nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətində daha çox rast gəlinən problemlərin həlli məqsədilə elmi-praktik araşdırmaların aparılması nəzərdə tutulur.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024