Ali təhsildə keyfiyyətin təminatı üzrə IV Avroasiya Forumu keçirilib

01/11/2021

Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik (IQAA) tərəfindən “Dəyişən dünyada ali təhsil müəssisələrinin daxili keyfiyyətinin təminatı sistemi" mövzusunda IV illik Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avroasiya Forumu keçirilib.

Forumun məqsədi universitet rəhbərləri, inzibati-idarəetmə, professor-müəllim heyəti və tələbələr arasında ali təhsil müəssisələrində keyfiyyətin inkişaf etdirilməsidir.

Forumun proqramında Qazaxıstan, Avstriya, Böyük Britaniya, Almaniya, İspaniya, Litva, Belçika, Estoniya, Azərbaycan və Rusiya Federasiyasının aparıcı universitetlərinin rektorları, prorektorları, təmsilçiləri, eləcə də xarici akkreditasiya agentliklərinin nümayəndələri məruzələrlə çıxış ediblər.

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin professoru Ülviyyə Həsənova forumda “BDU-nun Kimya fakültəsində tədrisin keyfiyyətinin qorunması üzrə tədbirlər” mövzusunda məruzə ilə çıxış edib. Ü.Həsənova elm və təhsilin bir-biri ilə vəhdətini diqqət mərkəzinə çəkərək, elmin təhsilə inteqrasiyasının və innovativ metodların “Tədqiqatın səmərəliliyinin artırılmasına”, “Təhsilin keyfiyyətinin yüksəldilməsinə” və “Biznes ilə əlaqələrin inkişafına və tətbiqi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması proseslərinə” müsbət təsirini vurğulayıb. Məruzədə akademik mobillik haqqında məlumat verilib, bu təcrübənin yüksək nəticələr verdiyi, həm tələbələr, həm də müəllimlərin əldə etdikləri təcrübənin uğurla tətbiq olunduğu bildirilib.

 

 

 

 

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026