Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin rəhbəri BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində olub

12/05/2011

Bu gün Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Biomüxtəlifliyin Davamlı idarə olunması heyətinin rəhbəri doktor Kristian Gönner Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində olub. Fakültənin dekan əvəzi dosent Nazim Şəmilov və bioekologiya kafedrasının müdiri Nərminə Sadıqova ilə əməkdaşlığın konturları barədə danışıqlar aparılıb.

Biomüxtəlifliyin öyrənilməsi, kurrikulumların və mühazirələrin keçirilməsi, çöl təcrübələrinin təşkil olunması barədə memorandum imzalanmasına hazırlıqla əlaqədar razılıq əldə olunub.

Qonaq Bakı Dövlət Universiteti ilə tanış olub, laboratoriyalara, muzeylərə baxış keçirib və yüksək təəssüratla ayrılıb.

Mətbuat və İnformasiya şöbəsi, 12 may 2011-ci il.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026