Almaniyalı professor BDU-nun Fizika fakültəsində məruzə edib

12/01/2018

Almaniyanın Höte adına Frankfurt Universitetinin professoru, HADES təcrübəsinin sədri, professor Joachim Stroth Bakı Dövlət Universitetinin Fizika fakültəsində elmi məruzə edib. Fakültə müəllim və tələbələrinin iştirak etdiyi görüşdə “Adron materiyasının virtual fotonlarla tədqiqi” mövzusunda çıxış edən məruzəçi müasir nüvə fizikasının fundamental problemləri, onların HADES təcrübəsində öyrənilməsi və alınmış nəticələr, elementar proton-proton, eləcə də proton-nüvə və nüvə-nüvə toqquşmalarında alınmış nəticələrin əlaqələri və onların müqayisəli təhlili barədə ətraflı danışıb. Alim “Ağır İonların Elmi Tədqiqatları Mərkəzi”nin gələcək planları və genişləndirilməkdə olan sürətləndirici kompleksindən, FAİR proyektindən bəhs edib.

Sonda məruzəçi mövzu haqqında sualları cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 12 yanvar 2018-ci il.


Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026