Almaniyanın Mannheim Cərrahlıq Klinikasının direktoru BDU-da

11/05/2022

Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq Klinikasının direktoru, professor Kristof Reissfelder və Klinikanın əməkdaşı, tədqiqatçı alim, həkim Vüqar Yaqublu Bakı Dövlət Universitetinin (BDU) Biologiya, Fizika və Kimya fakültələrinin bir qrup əməkdaşı ilə görüşüb. Görüşdə məqsəd prioritet olan sahələrdə elmi mübadilə proqramı çərçivəsində tədqiqatların aparılması üçün istedadlı gənclərdən ibarət tədqiqat  qrupunun yaradılmasıdır. Görüşdə Almaniyanın Heydelberq Universiteti ilə Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti arasında  əməkdaşlıq çərçivəsində magistratura, doktorantura səviyyələrində gənclərin  tədqiqat qruplarına cəlb edilməsi, birgə fəaliyyət nəticəsində görülə biləcək işlərin planlaşdırılması, ölkə üçün prioritet olan tədqiqatların aparılması mexanizmlərinin qurulması məsələləri müzakirə edilib.

Müzakirələrdən sonra professor Kristof Reissfelder tələbələrə ustad dərsi keçib. O,  gənclərin ölkələrarası elmi mübadilə proqramlarına cəlb edilməsinin yolları barədə danışıb. Daha sonra Mannheim klinikasının laboratoriyaları haqqında gənclərə məlumat verib, tədqiqat layihələrində işləmə prinsiplərini izah edib, alınmış nəticələrin analizi və nəşri haqqında tövsiyələrini bölüşüb.

Görüşün sonunda Kristof Reissfelder tələbələrin suallarını cavablandırıb.


Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026