Almaniyanın Vürzburq Universitetinin diplomu təqdim olunub

01/09/2020

01 sentyabr 2020-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) ikili diplom proqramı üzrə Hüquq fakültəsinin “Avropa hüququ” ixtisaslaşmasının məzunu Gülnaz Qurbanovaya həm Bakı Dövlət Universitetinin, həm də Almaniyanın Vürzburq Universitetinin diplomları təqdim edilib. Diplomları BDU-nun rektoru Elçin Babayev təqdim edib.

Bakı Dövlət Universiteti ilə Vürzburq Universiteti arasında “Avropa hüququ” ixtisaslaşması üzrə ikili diplom proqramının 2019-cu ildə bitməsinə baxmayaraq, Almaniyanın Vürzburq Universiteti BDU ilə qarşılıqlı etimadı və sıx əməkdaşlıq əlaqələrini əsas götürərək Hüquq fakültəsinin “Avropa hüququ” ixtisaslaşması üzrə məzunu G.Qurbanovaya bu il öz diplomunu təqdim edib.

BDU-nun rektoru Elçin Babayev proqramın əhəmiyyətini xüsusi qeyd edib, Almaniyanın Vürzburq Universitetinə göstərdiyi xüsusi diqqətə görə öz minnətdarlığını bildirib. Əldə etdiyi uğur münasibətilə G.Qurbanovanı təbrik edən rektor ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gülnaz Qurbanova da çıxışında məzunu olduğu Bakı Dövlət Universitetinin və Vürzburq Universitetinin rektorlarına, təhsil aldığı fakültələrin rəhbərliyinə və professor-müəllim heyətinə, ikili diplom proqramı üzrə məsul şəxs, Vürzburq Universitetinin professoru Exard Paxeyə öz təşəkkürünü bildirib.

Vürzburq Universiteti əsası XIII əsrin əvvəllərində qoyulmaqla, Almaniyanın ən güclü təhsil mərkəzlərindən hesab edilir. 14 Nobel mükafatçısı olub.

 

Xəbərlər

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır
10/02/2026

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026