Almaniyanın Ziqen Universitetinin professoru BDU-da mühazirə oxuyacaq

22/09/2011
Bakı Dövlət Universiteti ilə Almaniyanın Ziqen Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən əməkdaşlığın daha da  genişləndirilməsi məqsədi ilə Ziqen Universitetinin İqtisadiyyat fakültəsinin professorları Karl-Josef Koch, Gerd Morgenthaler və Orta Əsrlər və Müasir tarix şöbəsinin müdiri professor, doktor Rafaela Averkorn Bakı Dövlət Universitetində olublar. Qonaqları Beynəlxalq Əlaqələr üzrə prorektor, dosent Şəlalə Məmmədova qəbul edib. Görüş zamanı tarix, sosial elmlər və hüquq sahəsində müəllim, tələbə mübadiləsi və birgə layihələrin hazırlanması üzrə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ziqen Universitetində Boloniya prosesinin tətbiq edilməsinə koordinatorluq edən və bu sahədə böyük təcrübəyə malik olan Rafaela Averkorn 29 sentyabr 2011-cil il tarixində Bakı Dövlət Universitetində “Boloniya prosesində təhsilin keyfiyyətinin artırılması məqsədi ilə yeni tədris planlarının hazırlanması və təkmilləşdirilməsi” mövzusunda mühazirə oxuyacaq. Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 22 sentyabr 2011-ci il.

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
26/08/2026

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026