Amerika səfirliyinin mətbuat katibi BDU-da mühazirə oxuyub

23/12/2016

Amerika səfirliyinin mətbuat katibi Rey Neyler Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olub. Fakültənin ingilisdilli qruplarının tələbələri ilə keçirilən görüşün əvvəlində Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev qonağı salamlayıb, onun fəaliyyəti barədə məlumat verib. Məlum olub ki, bu ilin sentyabr ayından mətbuat katibi vəzifəsində çalışan Rey Neyler bir çox orta Asiya ölkələrində müxtəlif sahələr üzrə işləyib, Azərbaycan, rus, tacik dillərini bilir.

Daha sonra mətbuat katibi təmsil etdiyi qurumun fəaliyyəti barədə mühazirə oxuyub. Rey Neyler mətbuat xidmətinin səmərəli fəaliyyət göstərməsi, xəbərlərin doğru təhlil edilməsi, yayılması barədə fikirlərini bölüşüb. Təmsil etdiyi qurumun media ilə əlaqələrindən və sosial şəbəkələrdəki fəaliyyətindən bəhs edən Rey Neyler tələbələrin peşəkar jurnalist kimi yetişmələri ilə bağlı məsləhətlərini verib.

Sonda tələbələrin çoxsaylı suallarını cavablandıran Rey Neyler onların ingilis dili səviyyələrini, sual vermək qabiliyyətlərini yüksək dəyərləndirib.

Qeyd edək ki, tədbirdə Amerika səfirliyi mətbuat xidmətinin mütəxəssisi Gülçin Seyidova, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimova, Jurnalistika fakültəsinin ingilisdilli qruplarının müəllimləri, filologiya üzrə fəlsəfə doktorları - Vəfa İsgəndərova, Təranə Mahmudova, Cabir Məmmədli və Anzulə Əmirova da iştirak edibər.

Mətbuat və İnformasiya şöbəsi, 23 dekabr 2016-cı il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026