Amerikalı jurnalist BDU-nun Jurnalistika fakültəsində tələbələrlə görüşüb

31/03/2017

Amerikalı jurnalist Cən Qudvin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ingilisdilli qruplarının tələbələrinə mühazirə oxuyub. Dekan müavini, dosent Könül Niftəliyeva bildirib ki, jurnalistika sahəsilə bağlı olan mütəxəssislər davamlı olaraq fakültədə mühazirələr oxuyurlar. Cən Qudvinin də tələbələrlə görüşündən məmnunluğunu ifadə edən Könül Niftəliyeva onun fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, hazırda “Nyu York Times” qəzetinin əməkdaşı olan amerikalı jurnalist uzun illərdir ki araşdırmaçı kimi fəaliyyət göstərir, ondan artıq  İslam ölkəsində  işləyib, müharibə,  gender bərabərliyi, uşaq hüquqları ilə bağlı çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir.

Sonra Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev ingilisdilli qrupların müəllimləri Vəfa İsgəndərova və Anzulə Əmirovanın təşəbbüsü ilə baş tutan görüşün tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq  təcrübəsini bölüşəcəyi üçün amerikalı jurnalistə minnətdarlığını bildirib.

Öz növbəsində, artıq bir neçə universitetdə mühazirələr oxuduğunu bildirən qonaq dəvətə görə təşəkkür edib. O, jurnalistika, onun müsbət və mənfi tərəfləri,  özünün bu sahədə fəaliyyəti barədə ətraflı məlumat verib, çoxillik təcrübəsini bölüşüb. Azərbaycanda ilk dəfə olduğunu deyən araşdırmaçı jurnalist Cən Qudvin Bakının onda xoş təəssürat oyatdığını və bu barədə əməkdaşı olduğu işlədiyi qəzetdə məqalə dərc edəcəyini bildirib. Sonda tələbə-jurnalistlərin suallarına cavab verib.

Qeyd edək ki, görüşdə Amerika səfirliyinin mətbuat katibi Rey Neyler, həyat yoldaşı Anya Kuznetsova, səfirliyin mütəxəssisi Vüqar Abdusəlimov və jurnalist Norman İsaqzai də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 31 mart 2017-c il

Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025