Amerikalı politoloq seminar keçirib
26/04/2011
Amerikanın tanınmış politoloqu, Cənubi Karolina universitetinin Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun direktoru, professor Qordon Smit bu gün Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin tələbə və magistrantlarına “Elmi işlərin hazırlanması və dərc edilməsi” mövzusunda seminar keçirib. Tələbə və magistrantlar seminarı maraqla dinləyib, politoloqa çoxsaylı suallar veriblər. Qeyd edək ki, bu il Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun 50 ili tamam olur. Bu münasibətlə adıçəkilən İnstitutun tanınmış alimləri və ictimai xadimləri müxtəlif ölkələrə səfər edərək mühazirələr oxuyacaq, konfranslar təşkil edəcəklər.
Səfir Riçard Volker tərəfindən 1961-ci ildə Beynəlxalq Araşdırmalar İnstitutu kimi qurulan Volker İnstitutu ABŞ-ın ikinci qocaman elmi-araşdırma mərkəzidir. İnstitutun direktoru Qordon Smit ABŞ-ın postsovet məkanında gedən siyasi proseslər üzrə aparıcı mütəxəssisi, bir çox elmi araşdırmalar və monoqrafiyaların müəllifidir.
BDU-nun Mətbuat və informasiya şöbəsi, 26 aprel 2011-ci il.
Xəbərlər
“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
BDU-da yaz imtahan sessiyası uğurla davam edir
BDU-da yaz imtahan sessiyası uğurla davam edir
Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü
Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü
