Amerikalı professorlar jurnalistika fakültəsinin tədris prosesinə cəlb olunacaqlar

01/12/2015

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Radio və televiziya kafedrasının müdiri Aynur Kərimova, Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova ABŞ-ın Azərbaycandakı səfirliyinin qrantlar üzrə koordinatoru Nigar Əliyeva ilə görüşdülər.

Radio və Televiziya kafedrasının müdiri Aynur Kərimova kafedrada son illər ərzində aparılan işlərdən, tədris prosesinə xaricdən cəlb edilən müəllimlərdən və kafedrada icra olunan layihələrdən danışıb. Bundan əlavə, Fulbrigh Specialist Program-ı çərçivəsində fakültənin tədris prosesinə 42 gün müddətinə cəlb edilə biləcək xarici professorlar və onların fakültə ilə əməkdaşlığı barəsində geniş müzakirə aparılıb.

Mətbuat və informasiya şöbəsi, 01 dekabr 2015-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026