BDU-nun gənc tədqiqatçısı ABŞ-də sintez olunan azometin törəməsinin antibakterial təsirinə dair çıxış edib

21/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Aygün İsrayılova ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu (ECA) və Amerika Xarici Araşdırma Mərkəzi Şurası (CAORC) tərəfindən keçirilən “Səfər Qrantı” müsabiqəsinin qalibi olub.

Layihə çərçivəsində Aygün İsrayılova ABŞ-nin Corciya ştatının Atlanta şəhərində Amerika Mikrobiologiya Cəmiyyəti (AMC) tərəfindən keçirilən Mikrobioloji Elmlər Konfrasında (ASM Microbe 2024) iştirak edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən alimlər və sənaye şirkətlərinin nümayəndələri iştirak ediblər. Konfrans mikrobiologiyanın müxtəlif sahələrini əhatə edən 20 müxtəlif sessiyasını özündə birləşdirib. Aygün İsrayılova konfrasda “Sinamaldehid əsasında sintez olunan yeni azometin törəməsinin in silico və antibakterial aktivliyinin tədqiqi” adlı məqalə ilə çıxış edib. Tədqiqat işində sinamaldehid əsasında yeni sintez olunan azometin törəməsinin ESKAPE (E.faceium, S.aureus, K.pneumoniae, A.baumanii, P.aeruginosa, E.coli) patogen bakteriyalara qarşı aktivliyi öyrənilib. Alınan nəticələrə görə, kimyəvi birləşmə S.aureus bakteriyasının inkişafını 8 µg/mL qatılıqda ingibirləşdirir. Beləliklə, antibiotiklə (16 µg/mL)  müqayisədə azometin törəməli kimyəvi birləşmənin aktivlik göstəricisi S.aureus bakteriyasına qarşı daha yaxşı olub.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026