“Ana dilimiz - toxunulmaz sərvətimiz”

20/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika, Filologiya və Şərqşünaslıq fakültələrinin Tələbə Elmi cəmiyyətlərinin (TEC) birgə təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz – toxunulmaz sərvətimiz” adlı tədbir təşkil olunub.

Tədbirdə çıxış edən tələbələr ana dilinin qorunması mövzusuna müxtəlif aspektlərdən yanaşıblar. Filologiya fakültəsinin tələbəsi Leyla Nəbizadə ana dilinin milli kimliyin formalaşmasındakı rolunu və əhəmiyyətini vurğulayıb. Şərqşünaslıq fakültəsinin tələbəsi Emil Babazadə qloballaşma dövründə ana dilinin media, ədəbiyyat və akademik mühitdə qorunması və inkişaf etdirilməsi yollarından danışıb. Jurnalistika fakültəsinin tələbəsi Gülər Mustafayeva isə medianın və jurnalistikanın ana dilinin düzgün istifadəsindəki məsuliyyətinə diqqət çəkib, bunun cəmiyyətə təsirlərini qeyd edib.

 

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026