Çanaqqala şəhidləri anıldı

17/03/2010

Martın 17-də Bakı Dövlət Universitetində Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 18 mart 1918-ci il Çanaqqala savaşına həsr olunmuş tədbir keçirildi. Çanaqqala şəhidlərinin xatirəsinin anılması, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə ilk çıxışı rektor, akademik Abel Məhərrəmov etdi. Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələrinə, millət vəkillərinə, mərasimi təşkil edən tələbələrə təşəkkür edən akademik bu savaşı türk dünyasının böyük zəfəri, qurtuluşu kimi xarakterizə etdi. Akademik Abel Məhərrəmov 250 min şəhidin qanı hesabına qurulan Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün həmin vaxt dediyi fikrini xatırladı: «Mən sizə əmr vermirəm ki, döyüşə atılın, əmr verirəm ki, ölümə atılın». Türk əsgərlərinin böyük iradəsi hesabına qazanılan savaşın qardaş dövlətə müharibə elan edən Fransa və Böyük Britaniya üçün əsl dərs olduğunu bildirən rektor Türkiyənin basılmaz, yenilməz və cəsur dövlət olduğunu nəzərə çatdırdı. Ümummilli lider Heydər Əliyevin «Bir millət iki dövlət» fikrini xatırladan, Azərbaycan-Türkiyə münasibətlərindən danışan rektor həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdiyini diqqətə çatdırdı. Natiq sonda gənclərimizi milli təəssübkeşliyə, birliyə səslədi və bir daha tədbirin əhəmiyyətini vurğuladı. Çanaqqala savaşını xatırladan filmin nümayişindən sonra millət vəkili Qənirə Paşayeva çıxış etdi. «Tarix yazmaq onu yaratmaq qədər çətindir», - deyə çıxışına başlayan millət vəkili Çanaqqala savaşının tarixi əhəmiyyətindən, türk gənclərinin birlik və bərabərliyinin əhəmiyyətindən bəhs etdi.

Tədbir bədii hissə ilə yekunlaşdı.

Mətbuat xidməti

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026