Anhui Universitetinin professoru Denq Şu Şərqşünaslıq fakültəsində ustad dərsi keçib

15/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində BDU-nun nəzdindəki Konfutsi İnstitutu, Anhui Universiteti və BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə “Çin ənənəvi romanları” mövzusunda onlayn ustad dərs keçirilib.

Tədbirdə fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Şərqşünaslıq fakültəsində mütəmadi olaraq ustad dərslərin keçirilməsinin ənənə halını alması və çin dili, ədəbiyyatı, tarixi və mədəniyyəti haqqında mühazirələr oxunmasının fakültənin çin dili ixtisası üzrə təhsil alan tələbələri üçün önəmindən danışıb.

Sonra Anhui Universitetinin professoru Denq Şu ustad dərsi keçib. O, klassik çin ədəbiyyatından dövrümüzə gəlib çatan “dörd böyük roman” adlanan ənənəvi roman xəzinəsi barədə geniş məlumat verib. Professor Denq Şu bu romanların sırasına “Üç çarlıq” (Lo Qua-çjun, XIV əsr), “Çayların kiçik körfəzləri” (Şi Nay-an, XIV əsr), “Qərbə səyahət” (U Çen-en, XVI əsr) və “Tszin, Pin, Mey” (naməlum müəllif, təxəllüsü - Lanlinli Rişxəndçi, XVI əsr) romanlarının daxil edildiyini qeyd edib. Eyni zamanda bu romanların müəlliflərinin şifahi xalq ədəbiyyatına məxsus xalq rəvayətlərindən bəhrələnməsini vurğulayıb. Qeyd edək ki, adı çəkilən məşhur romanlardan hər biri sonralar çin ədəbi nəsrində müvafiq janr növlərinin yaranmasına səbəb olub.

Çin ənənəvi romanları haqqında məruzə fakültənin tələbələri və professor-müəllim heyəti tərəfindən böyük maraqla dinlənilib.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025