"Aprel döyüşləri: Vətən müharibəsindəki zəfərin təməli" adlı tədbir keçirilib

06/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkialtçılığı ilə "Aprel döyüşləri: Vətən müharibəsindəki zəfərin təməli" adlı onlayn tədbir keçirilib. Tədbirdə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Əmir Əliyev  2016-cı il Aprel döyüşləri zamanı düşmən təxribatının qarşısının uğurla alındığını, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yolların azad olunduğunu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsinin düşməndən təmizləndiyini qeyd edib.

Tədbir fakültənin müəllimləri Xəyyam İsmayılov, Aytəkin İbrahimova, Səkinəxanım Rzayeva, Mayis Əliyev, Əsmər Əliyeva, Samirə Eyvazova və Aydın Səfixanlı çıxış edərək Azərbaycan  Ordusunun dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdığından, bu sevincin, qələbənin isə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində əldə olunduğundan bəhs edilib. Aprel döyüşlərinin Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldığı, bu zəfərin Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdiyi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdiyi vurğulanıb. Aprel döyüşlərində qazanılan qələbənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olduğu bildirilib.

Sonda fakültənin I kurs tələbəsi Siyavuş Bağırov çıxış edərək beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının əhəmiyyətindən danışıb, erməni qoşunlarının beynəlxalq hüququn normalarını ciddi şəkildə pozduğuna dair bəzi faktları diqqətə çatdırıb.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026