BDU-nun Jurnalistika fakültəsinin 4 tələbəsi “ARB24”də işlə təmin olunub

23/09/2022

Bakı Dövlət Universiteti və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramı yekunlaşıb. Təlimə cəlb olunan 10 tələbədən 4-ü telekanalda işlə təmin edilib.  
Telekanalın direktoru Radik İsmayılov bildirib ki, 2023-cü ilin fevralında layihənin yenidən keçirilməsi planlaşdırılır. Proqram ənənəvi şəkildə hər il davam etdiriləcək.  
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə tələbələrə göstərdiyi dəstəyə görə “ARB 24” telekanalına təşəkkürünü bildirib və əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb. Həmçinin Universitetin nəzdində televiziyanın kiçik studiyasının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
Daha sonra layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib və onlara çalışacaqları verilişlər barədə məlumat verilib. Bildirilib ki, oktyabrın 1-dən seçilən 4 şəxslə əmək müqaviləsi imzalanacaq və onlar rəsmi şəkildə işə götürüləcəklər.  
Qeyd edək ki, təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar.  BDU və “ARB 24”ün birgə layihəsi xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edib.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026