“ARB24”ün icraçı direktoru BDU tələbələrinə ustad dərsi keçib

25/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş ustad dərsi keçirilib. Ustad dərsini “ARB 24” telekanalının direktoru Radik İsmayılov deyib.

Radik İsmayılov süni intellektin xəbər jurnalistikasına təsirlərindən danışıb. Bildirib ki, süni intellekt vasitəsilə məzmun hazırlanması təhlükəli proses deyil, əksinə, bunun səmərəli istifadə yollarını tapmaq lazımdır. Süni intellektin media sahəsində yaratdığı imkanlar və potensial risklərin müzakirə olunduğu ustad dərsində Radik İsmayılov bildirib ki, süni intellektdən istifadə ilə bağlı gələcəkdə yazının müəllifliyi baxımından problemlər yarana bilər. Süni intellekt xəbər jurnalistikası üçün yeni perspektivlər açır. Xüsusilə faktların toplanılması və qrafik təsvirlərin hazırlanması baxımından çox əlverişlidir.

“ARB 24” telekanalının direktoru qeyd edib ki, xüsusilə portret müsahibə və reportajların hazırlanmasında süni intellektdən istifadə etmək mümkündür: “Süni intellektin xəbər jurnalistikasında köməkçi alət kimi istifadəsinin mümkünlüyü önə çəkilsə də, faktların dəqiqləşdirilməsi və redaksiya nəzarəti vacibdir. Bunun üçün də gənc jurnalistlər yeni dövrün tələbləri ilə ayaqlaşmalı, amma ənənəvi jurnalistikamızın tələblərini də unutmamalıdırlar”.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026