Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının yaponiyalı iştirakçısı BDU-da olub

23/11/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak edən Yaponiyada Dominikan Respublikasının Səfirliyinin xoşməramlı məsləhətçisi, Yapon-Ruanda parlamentlərarası dostluq assosiasiyasının məsləhətçisi,Kansai Universitetinin iqtisadi və siyasi elmlər institutunun araşdırmaçısı,Yaponiyada Ruanda Respublikasının səfirliyinin xüsusi məsləhətçisi, “İshııBrothers” kompaniyasının prezidenti doktor İtaru işini qəbul edib. Rektor BDU-nun beynəlxalq proqramlar və qrantları haqqında məlumat verərək, universitetdə elm və təhsilin inkişafı barədə də danışıb. Qonaq da həmçinin universitetlə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. İtaru İşi  həmçinin   universitetin şərqşünaslıq fakültəsinin yapon dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. O tələbələrin yapon dili biliklərindən məmnun qaldığını da vurğulayıb. Qonaq universitetlə yaxından tanış olmaq məqsədilə tədris və elmi-tədqiqat  laboratoriyalarda olub və  Heydər Əliyev Muzeyinə  baş çəkib.

Mətbuat və İnformasiya şöbəsi,  23 noyabr  2012-ci il.

   

 

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026