“Atəşgah Sığorta” şirkətinin əməkdaşı BDU-da təlim keçib

09/04/2026

“Atəşgah Sığorta” şirkətinin İnsan resurslarının idarə edilməsi şöbəsinin motivasiya sistemləri üzrə mütəxəssisi Nazənin Qarayeva Bakı Dövlət Universitetində (BDU) “Düzgün CV hazırlanması və müsahibə texnikaları” mövzusunda maarifləndirici təlim keçib.

Təlimin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri ilə yaxından tanış etmək, onların işə qəbul prosesində rəqabət qabiliyyətini artırmaq, uğurlu karyera başlanğıcı üçün zəruri olan praktiki bilik və bacarıqlarını inkişaf etdirmək olub. Tələbələrə iş axtarışı prosesində düzgün istiqamət seçimi, özlərini effektiv təqdimetmə və işəgötürənlərlə peşəkar ünsiyyətqurma yolları izah edilib.

Təlimçi peşəkar CV-də şəxsi məlumatların təqdim olunma qaydasını, təhsil və iş təcrübəsinin ardıcıllığını, bacarıqların effektiv şəkildə vurğulanmasını, eləcə də işəgötürənlərin diqqət yetirdiyi əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, uğurlu və uğursuz CV nümunələrinin müqayisəli təhlili aparılaraq, real iş təcrübəsinə əsaslanan tövsiyələr təqdim olunub.

Müsahibə mərhələsinə xüsusi yer ayrılan təlimdə namizədlərin davranış qaydaları, ilk təəssüratın formalaşdırılması, bədən dili, ünsiyyət bacarıqları və stresin idarə olunması kimi vacib məsələlər geniş izah edilib. Müsahibələrdə tez-tez verilən suallar, bu suallara düzgün və strateji yanaşma üsulları, həmçinin fərqlənmək üçün istifadə oluna biləcək effektiv cavab modelləri iştirakçılarla bölüşülüb.

İnteraktiv formatda təşkil olunmuş təlimdə tələbələrin sualları cavablandırılıb, müxtəlif praktiki tapşırıqlar və müsahibə simulyasiyaları yerinə yetirilib.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026