Atırau Neft və Qaz Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

01/05/2026

Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universitetinin İdarə Heyətinin sədri – rektoru professor Gülzada Şakulikovanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Qonaqları salamlayan rektor Elçin Babayev Qazaxıstanın ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsinin BDU-nun əsas prioritetlərindən olduğunu bildirib. O, BDU-nun güclü kimya məktəbinin olduğunu xatırladaq, nəzəri və tətbiqi kimyanın müxtəlif istiqamətləri üzrə birgə tədqiqat imkanlarının mövcudluğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu əməkdaşlıq təkcə iki universitet arasında deyil, həm də Azərbaycan və Qazaxıstan arasında innovasiya və enerji elmləri sahəsində qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Atırau Neft və Qaz Universitetinin İdarə Heyətinin sədri – rektoru professor Gülzada Şakulikova BDU ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı Qazaxıstanın enerji sektoru üçün kadrlar hazırlayan əsas ixtisaslaşmış universitetlərindən biridir. O, xüsusilə neft-qaz mühəndisliyi, kimya, geologiya, informasiya texnologiyaları üzrə tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər iki universitet arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə innovativ layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər.

Həmçinin birgə tədqiqatların aparılması, konfransların, gənc tədqiqatçılar və tələbələr üçün birgə yay və qış məktəblərinin təşkili, elmi məqalələrin hazırlanması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlinib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026