Attestasiyaya start verilib

25/04/2012

Azərbaycan Res­pub­likası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin akkre­di­tasiyası Qaydaları”nın təsdiqi barədə 28 sentyabr 2010-cu il tarixli 167 saylı qərarına uyğun olaraq, Təhsil Nazirliyinin 28 mart 2011-ci il tarixli 46-26-2115/16 saylı məktubuna əsasən, 2012-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin akkreditasiyasının keçirilməsi nəzərdə tutulub.

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən, Nazirliyin 16 noyabr 2006-cı il tarixli 840 nömrəli əmri ilə dövlət ali təhsil müəssisəsi kimi 4 il müddətinə akkreditə olunub və ona Təhsil Nazirliyi tərəfindən 23 noyabr 2006-cı il tarixli 004 nömrəli sertifikat verilib.

2012-ci ildə növbəti attestasiyanın təşkili üçün BDU rektorunun 29 mart 2012-ci il tarixli R-38 saylı əmri ilə özünütəhlil komissiyası yaradılıb. Komissiyanın yaradılmasında məqsəd universitetin idarə olunması, tədris, elmi-tədqiqat, kadr təminatı, beynəlxalq əməkdaşlıq, maddi-texniki baza, sosial-məişət şəraiti, maliyyə təminatı, mütəxəssis hazırlığının məzmunu, strukturu və Dövlət Təhsil Standartlarının tələblərinə uyğun hazırlanma keyfiyyətini təhlil etməkdir.

23 aprel 2012-ci il tarixindən başlayaraq universitetin bakalavr və magistratura pillələrinin buraxılış kurslarında təhsil alan tələbələr arasında attestasiyaya start verilib. Attestasiya zamanı ayrı-ayrı ixtisas və ixtisaslaşmalar üzrə imtahanlarda 4000-ə yaxın bakalavr və 466 magistrant iştirak edəcəkdir. İmtahanlar test üsulu ilə aparılır.


Xəbərlər

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi
03/06/2026

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
03/06/2026

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
03/06/2026