Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib

23/04/2025

Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib. Tədbir BDU, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində keçirilib.

BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova audiovizual media və onun tənzimləməsi məsələlərinin öyrənilməsinin vacib olduğunu, gənc jurnalistlərin bu istiqamətdə məlumatlılığının artırılması istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev seminarın audiovizual medianın qanunvericiliyə uyğun tənzimlənmə formalarının öyrənilməsinə xidmət etdiyini söyləyib. O, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) “Media xidmətlərində uşaqların müdafiəsi” mövzusunda 11-ci toplantısının  yekunları barədə danışıb.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı  “Mediada uşaq hüquqlarının qorunması” mövzusu ilə bağlı geniş təqdimatla çıxış edib. O qeyd edib ki, “Media haqqında” Qanun ilə tənzimlənən audiovizual, çap və onlayn media subyektlərinin fəaliyyətinə nəzarəti Şura və Medianın İnkişafı Agentliyi reallaşdırır. Həmçinin “Uşaq hüquqları haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlar da bu məsələnin tənzimlənməsində rol oynayır.

Seminar tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026