Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib

31/10/2025

Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib. Tədbir BDU, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində keçirilib.

BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Audiovizual Şura ilə Bakı Dövlət Universiteti arasında hər il uğurla davam edən əməkdaşlığın bu il də tələbələr üçün töhfə verəcəyinə əminliyini ifadə edib.

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Şuranın fəaliyyət istiqamətləri, audiovizual media subyektləri, həmçinin görülən işlər barədə tələbələrə ətraflı məlumat verib. Audiovizual Şuranın keçirdiyi tədbir və layihələrdən söz açıb.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Azərbaycanda audiovizual media və onun tənzimlənməsi” mövzusunda təqdimatla çıxış edərək, tələbələrə audiovizual media subyektləri və onların fəaliyyəti, mediada yayımlanan informasiyaya qoyulan tələblərdən söz açıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026