Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib

24/10/2024

Audiovizual Şura, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, oktyabrın 24-də Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib.

BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr tərəfindən maraqla qarşılandığını, belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev jurnalistikada yeni trendlər, ənənəvi və yeni media, vətəndaş jurnalistikası haqqında çıxış edib.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusunda geniş təqdimat edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026